Türkiyədə 10 gündür davam edən "Narkokapan-3" əməliyyatlarında tutulanların sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Məlumata görə, narkotik satmaqda şübhəli bilinən 595 şəxs saxlanılıb.
Həmçinin bildirilib ki, 2 ton 6 kiloqram narkotik maddə və 2 milyon 889 min 171 ədəd narkotik həb ələ keçirilib.
Əməliyyatlar 76 vilayətdə 2850 qrup, 8340 şəxsi heyət, 27 təyyarə və 77 narkotik axtarış itinin iştirakı ilə baş tutub.
Mina Mikayılova