Yaponiyada 108 yaşlı Hakoişi Şitsui "dünyanın ən yaşlı işləyən qadın bərbəri" kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, qonşularının və müştərilərinin qatıldığı sertifikat mərasimində çıxış edən Hakoişi gənc yaşlarından həyatının çətinliklərlə dolu olduğunu bildirib.
"İnsanlar məni görməyə uzaqdan gəlirlər, ona görə də bacardığım qədər peşəmi davam etdirmək istəyirəm", - Hakoişi deyib.
Çıxışından sonra yapon qadın Ginnesin Rekordlar Kitabı sertifikatını alıb.
Əli Hüseynov