Bakının Binəqədi rayonunda evlərdən 12 min manatlıq oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Biləcəri və Sulutəpə qəsəbələrində yerləşən dörd evdən ümumilikdə 6 min 435 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı X. Rüstəmov müəyyən edilərək saxlanılıb. O, taladığı pullarla rayon ərazisində mağazaların birindən alış-veriş edib.
İdarə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində rayon ərazisindəki evlərin birindən 6 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ.Feyzullayev də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bakı 




