• Bakı 32° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

CƏMİYYƏT

30 Iyul 2025 | 15:44

121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli keçirilən brifinqdə deyib.

O xatırladıb ki, yeni tədris ili üzrə uşaqların 1-ci sinfə qəbulu prosesinə mayın 6-da start verilib:

"Proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib. Hazırda hər kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris Azərbaycan və digər dillərdə aparılan ümumi təhsil müəssisələrinə sorğularını yerləşdirə bilər. Proses sentyabrın 12-dək davam edəcək, bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə verə bilərlər".


SON XƏBƏRLƏR

30 Iyul 2025