• Bakı 11° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8331

    RUB - 0.0184

13 minə yaxın uçotdan yayınma halı aşkarlandı

CƏMİYYƏT

22 Sentyabr 2023 | 15:52

13 minə yaxın uçotdan yayınma halı aşkarlandı

Bu ilin may-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4 691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb və bu zaman vergi ödəyicilərinin faktiki uçot məlumatları ilə vergi orqanlarının uçot baza məlumatlarının müqayisəsi ilə 12 542 kənarlaşma aşkarlanıb.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bununla yanaşı, təsərrüfat obyektlərinin mövcudluğu, vergi ödəyicilərinin və obyektlərinin fəaliyyət növü, təsərrüfat subyektinin (obyektinin) vəziyyəti (aktiv, passiv), obyektdən istifadə hüquqlarının araşdırılması, sahəsi və digər uçot məlumatları dəqiqləşdirilib. Dürüstləşdirmə dövründə 361 ədəd köhnə nəsil nəzarət kassa aparatı (NKA) qeydiyyatdan çıxarılıb, 279 ədəd yeni nəsil NKA-nın və 302 ədəd POS-terminalın tətbiqi təmin edilib.

Dürüstləşdirilmə prosesi çərçivəsində uçot məlumatlarında olan uyğunsuzluqlar və müşahidə zamanı aşkar edilmiş kənarlaşmalar vergi ödəyicilərini və təsərrüfat subyektlərini yerində məlumatlandırmaqla aradan qaldırılıb.


SON XƏBƏRLƏR

08 Dekabr 2023