• Bakı 25° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

15 yaşlı azərbaycanlı göldə BOĞULDU

HADİSƏ

25 Avqust 2026 | 00:51

15 yaşlı azərbaycanlı göldə BOĞULDU

Gürcüstanın Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev Tbilisidə göldə boğularaq həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün saat 18 radələrində baş verib.

Məlumata görə, Umut dostları ilə birlikdə Tbilisi gölünə çimməyə gedib. Yeniyetmə suda boğulub.

Hadisə yerinə xilasedicilər cəlb olunsalar da, onun tapılması mümkün olmayıb.

Hazırda yeniyetmənin axtarışları davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026