• Bakı 16° C

    12.84 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

17 mart imtahanının nəticələri nə vaxt açıqlanacaq? 

CƏMİYYƏT

17 Aprel 2024 | 17:15

17 mart imtahanının nəticələri nə vaxt açıqlanacaq? 

17 mart tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri də bu həftə ərzində elan olunacaq.

Bakıvaxt.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

“Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, - DİM bildirib.

Martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə (I hissə) Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

İmtahanlarda 46700-dən çox şagird iştirak edib.


SON XƏBƏRLƏR