Sumqayıt sakinləri iki gündür internetsiz qalıblar.
Bununla bağlı Bakıvaxtı.az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətçi İ.Qurbanov bildirir ki, iki gündür Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində internet yoxdur:
“Dünən günortadan bəri internet işləmir. 21-ci əsrdə, internet dövründə iki gündür bir nasazlığı aradan qaldıra bilmirlər”.
Qeyd edək ki, “Birlink Enginet”dən səbəbin texniki nazaslıq olduğunu, əraziyə briqada göndərildiyini, lakin nasazlığın nə vaxt aradan qaldırılacağını bilmədiklərini deyirlər.
Aytac Aslan