• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

20 min vətəndaşın pensiya şərtləri yaxşılaşacaq - Yeni dəyişikliklərin DETALLARI

İQTİSADİYYAT

11 Mart 2026 | 16:01

20 min vətəndaşın pensiya şərtləri yaxşılaşacaq - Yeni dəyişikliklərin DETALLARI

Milli Məclisdə Əmək Məcəlləsi və sosial təminat sahəsində qəbul edilən son dəyişikliklər əmək münasibətlərinin tənzimlənməsi, sosial sığorta prinsiplərinin gücləndirilməsi və pensiya sisteminin modernləşdirilməsi baxımından yeni mərhələ kimi qiymətləndirilir. Bu dəyişikliklər həm idarəçilikdə rəqəmsallaşmanı sürətləndirməyi, həm də sosial ödənişlərin şəffaf və effektiv şəkildə idarə olunmasını hədəfləyir.

Lakin əsas sual qalır: qəbul edilən yeniliklər sosial sığorta və pensiya sistemində real səmərəlilik yaradacaqmı və əmək bazarında davam edən qeyri-formal məşğulluq probleminin azaldılmasına töhfə verəcəkmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Arzuxan Əlizadə xatırladıb ki, Milli Məclisdə Əmək Məcəlləsinə, "Dövlət sosial siğorta sistemi" haqqında və "Əmək pensiyaları haqqında" qanunlara bir sıra dəyişiklik və əlavələr edilib:

"Bu dəyişikliklər siğorta prinsiplərini gücləndirir və idarəetmənin rəqəmsallaşdırılmasını nəzərdə tutur. Həyata keçirilən islahat xarakterli düzəlişlər həm pensiya şərtlərini yumşaldır, həm də pensiya məbləğlərinin artırılmasına imkan yaradır. Bununla yanaşı, rəsmi əmək müqavilələrinin stimullaşdırılması və qeyri-formal məşğulluqla mübarizənin gücləndirilməsi də əsas hədəflərdən biridir".

Onun sözlərinə görə, dünən Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin qəbul etdiyi bu dəyişikliklər təsdiqlənib. Qanunlara edilən yeniliklər sentyabrın 1-dən qüvvəyə minəcək:

"Yeni qaydalar pensiya təminatının yaxşılaşdırılmasına, sosial siğorta prinsiplərinin möhkəmləndirilməsinə, eləcə də yaşa və əlilliyə görə pensiya təyinatının daha şəffaf və təkmilləşdirilmiş formada həyata keçirilməsinə imkan verəcək".

Arzuxan Əlizadə: Bu dəyişikliklər siğorta prinsiplərini gücləndirir və idarəetmənin rəqəmsallaşdırılmasını nəzərdə tutur

Həmsöhbətimiz vurğulayıb ki, qanunvericiliyə edilən dəyişikliklər işəgötürənləri işçilərlə rəsmi əmək müqavilələri bağlamağa və sosial siğorta haqlarını tam şəkildə ödəməyə təşviq edir ki, bu da əmək münasibətlərində şəffaflığı artıran mühüm amillərdən biridir:

"Proqnozlara görə, dəyişikliklərin nəticəsində təxminən 17–20 min vətəndaşın pensiyaya çıxma şərtləri yüngülləşdiriləcək və pensiya növlərinin artırılması üçün hüquqi baza formalaşdırılacaq. Bu addımlar həm vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, həm də dövlət sosial siğorta sisteminin dayanıqlığının artmasına xidmət edir".

Əli Hüseynov


SON XƏBƏRLƏR