q
  • Bakı 13° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

"20 Yanvar"-Masazır avtobusları yenilənir

CƏMİYYƏT

30 Aprel 2026 | 14:25

20 Yanvar-Masazır avtobusları yenilənir

Metronun "20 Yanvar" stansiyasını Masazır kəndi (M.S.Ordubadi küçəsi) ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı marşrutda istismar edilən avtobuslar yenilənir.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, mayın 1-dən sərnişinlərin xidmətinə müasir, böyüktutumlu nəqliyyat vasitələri veriləcək. Ümumilikdə 10 avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 manat təşkil edir.


SON XƏBƏRLƏR