• Bakı C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

2025-ci ilin ilk 9 ayında İTS haqqı ödəyənlərin sayı 2,2 milyonu ötüb

CƏMİYYƏT

27 Yanvar 2026 | 10:19

2025-ci ilin ilk 9 ayında İTS haqqı ödəyənlərin sayı 2,2 milyonu ötüb

2025-ci ilin ilk 9 ayı üzrə icbari tibbi sığorta (İTS) haqqı ödəyən vətəndaşların məlumatları əsasında aparılan analiz nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər üzrə mətbuat konfransı"nda çıxışı zamanı deyib.

Sədrin sözlərinə görə, İTS haqqı ödəyən əhalinin sayı 2 milyon 263 min 437 nəfər təşkil edib ki, bu da ümumi əhalinin 22 faizinə bərabərdir. Həmin dövrdə sığorta haqqı ödəyən şəxslərdən 1 milyon 168 min 686 nəfəri icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Bu göstərici ödəyicilərin 52 faizini əhatə edir:

“Hesabat dövründə göstərilmiş tibbi xidmətlərin sayı 20 milyon 167 min 946, ümumi müraciətlərin sayı isə 5 milyon 103 min 184 olub. Göstərilmiş xidmətlərin ümumi dəyərinin 306 milyon manatdan çox olduğu bildirilib”.

Onun sözlərinə görə, bununla yanaşı, bir pasiyentə düşən orta ödəniş 262 manat təşkil edib. Qeyd olunub ki, bu rəqəm 2024-cü ildə 195 manat idi.

Açıqlanan statistikaya əsasən, işəgötürənlər, işçilər və fiziki şəxslər tərəfindən ödənilən sığorta haqlarının ümumi məbləği isə 705 milyon 173 min 092 manat olub.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

26 Yanvar 2026