Türkiyədə Uşak bələdiyyə sədri Özkan Yalım həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, Özkan Yalım İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində keçirilmiş əməliyyat zamanı saxlanılmışdı.
Bələdiyyə sədri rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və tenderlərə saxtakarlıq qarışdırmaq maddələri üzrə ittiham olunur.
Hakim qarşısına çıxarılan Ö.Yalımın və daha səkkiz şübhəlinin həbsinə qərar verilib.
Qeyd edək ki, Özkan Yalım hoteldə 21 yaşlı sevgilisi ilə görüşərkən saxlanılmışdı.
Bakı 




