• Bakı 25° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - qayınata saxlanıldı

HADİSƏ

07 Iyul 2025 | 11:05

24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - qayınata saxlanıldı

İyulun 6-sı saat 18 radələrində Qobustan rayonunda qətl törədilib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Təklə kəndindəki evdə 2001-ci il təvəllüdlü Günel Rasim qızı Ağabəyli bıçaqlanaraq öldürülüb. Onun qayınanası 1959-cu il təvəllüdlü Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən G.Ağabəylinin qayınatası 1957-ci il təvəllüdlü Orucağa Sətdar oğlu Ağayev polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb.

Xəstəxanaya yerləşdirilmiş S.Ağayevanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.


SON XƏBƏRLƏR