Sosial şəbəkələrdə “hamlet800” adı ilə tanınan Hamlet Vəlizadə ilə bağlı yeni detal diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, Vəlizadənin “Facebook” hesabında yerləşdirilən şəxsi məlumatlarda onun 25 iyul 2003-cü il tarixində anadan olduğu göstərilir. Bu məlumat əsas götürüldükdə, onun 23 yaşı var.
Beləliklə, sosial şəbəkələrdə və bəzi materiallarda onun yaşı ilə bağlı fərqli rəqəmlərin səsləndirilməsi sual doğurur: “hamlet800” niyə öz yaşı barədə ictimaiyyətə fərqli məlumatların yayılmasına şərait yaradır?
Məsələ xüsusilə onun son dövrlərdə sosial şəbəkələrdə nümayiş etdirdiyi dəbdəbəli həyat tərzi fonunda diqqət çəkir. İyul ayında yayılan xəbərlərdə “hamlet800” kimi tanınan Hamlet Vəlizadənin 23 yaşında olduğu və dəbdəbəli doğum günü mərasimi təşkil etdiyi qeyd olunmuşdu. Həmin materiallarda onun adı avtomobil alqı-satqısı və digər kommersiya fəaliyyəti ilə bağlı iddialarla hallandırılmışdı.
Köhnə xəbərlərdə nə yazılıb?
Qeyd edək ki, ötən ay saytımızda yayımlanan materialda da Hamlet Vəlizadə “hamlet800” adı ilə tanınan 23 yaşlı şəxs kimi təqdim edilib. Xəbərdə onun doğum günü mərasimi, bahalı avtomobillər və biznes fəaliyyəti ətrafında yaranan suallardan bəhs olunub.
Həmin materialda Vəlizadənin atasının “elmeddin800” ləqəbi ilə tanınan Elməddin Vəliyev olduğu, onun avtomobil alqı-satqısı və ictimai iaşə sahəsində fəaliyyət göstərdiyi barədə məlumatlar yer alıb. Bu məlumatlar əsasında Hamlet Vəlizadənin biznes fəaliyyətlərinin ailə biznesi ilə əlaqəli ola biləcəyi ehtimalı da qeyd olunub. Bununla belə, həmin iddiaların rəsmi sənədlərlə təsdiqlənmədiyini xüsusi vurğulamaq lazımdır.
Hazırda isə Vəlizadənin öz “Facebook” profilində doğum tarixinin 25 iyul 2003 kimi göstərilməsi onun 23 yaşında olduğunu bir daha göstərir.
Əsas sual isə açıq qalır: “hamlet800” haqqında yayılan məlumatlarda yaş niyə fərqli təqdim olunur və bu fərqliliyin səbəbi nədir?
Elcan Musalı
Bakı 




