• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

29 miqrant qaçaqçısı və 723 qeyri-qanuni miqrant saxlanıldı

DÜNYA

18 Aprel 2025 | 14:25

29 miqrant qaçaqçısı və 723 qeyri-qanuni miqrant saxlanıldı

Türkiyədə qeyri-qanuni miqrantlara və miqrant qaçaqçılarına qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.

Bildirib ki, ölkə üzrə miqrant qaçaqçılığı təşkilatçıları və qeyri-qanuni miqrasiyaya qarşı keçirilən nəzarət tədbirləri nəticəsində 9-u xarici olmaqla, ümumilikdə 29 miqrant qaçaqçılığı təşkilatçısının və 723 qeyri-qanuni miqrant saxlanılıb.

Nazir bildirib ki, 26 min 621 əməkdaşın iştirakı ilə 4 min 505 tərk edilmiş bina, 7 min 634 ictimai obyekt, 475 terminal və 6 min 36 digər məkan olmaqla, ümumilikdə 18 min 650 nöqtədə nəzarət tədbirləri həyata keçirilib. Bu tədbirlər çərçivəsində 388 min 809 şəxsin şəxsiyyəti yoxlanılıb.

Yerlikaya qeyd edib ki, saxlanılan qeyri-qanuni miqrantlarla bağlı geri göndərilmə prosesi dərhal başladılıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

18 Aprel 2025