• Bakı 20° C

    7.56 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

32 il Mübarizin yolunu gözləmişik - Şəhidin həyat yoldaşı

CƏMİYYƏT

20 Sentyabr 2024 | 17:18

32 il Mübarizin yolunu gözləmişik - Şəhidin həyat yoldaşı

32 il Mübarizin yolunu gözləmişik.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə şəhid Mübariz Məmmədovun həyat yoldaşı Gülnarə Abbasova şəhidin dəfn mərasimi zamanı deyib.

O bildirib ki, Mübariz çox gözəl insan, ailə başçısı idi.

"Həkim idi, leytenant rütbəsi var idi. Gedəndə sanki ürəyimə dammışdı ki, geri dönməyəcək. Deyirdim özün atasız böyümüsən, razı olma ki, oğlun Yunis də atasız böyüsün. Ancaq o, Vətən üçün canını qurban verdi. Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, Vətən sağ olsun", - deyə o əlavə edib.

Qeyd edək ki, şəhid Mübariz Məmmədov 13.08.1966-cı il tarixdə Tovuz şəhərində doğulub, 29.09.1992-ci il tarixdə Ağdam şəhəri Sırxavənd kəndində itkin düşüb.


SON XƏBƏRLƏR

08 Oktyabr 2024