ABŞ-də 1992-ci ildə itkin düşən və öldürülən Anna Menninqin qalıqları aşkarlanıb.
Bakıvaxtı.az Lent.az-a istinadən bildirir ki, qadının qalıqları yoxa çıxmasından 34 il sonra, həmçinin əri Antoni Menninq və onun anası Barbara Menninqin saxlanılmasından cəmi beş gün sonra tapılıb. Onlara mayın 20-də qətl, meyit üzərində təhqiredici hərəkətlər və sübutların saxtalaşdırılması maddələri ilə ittiham irəli sürülüb.
İstintaqın versiyasına görə, ana-oğul hüquq-mühafizə orqanlarına meyitin yerləşdiyi yeri göstəriblər. Hazırda hər iki şəxs istintaq davam etdiyi müddətdə dairə həbsxanasında saxlanılır.
Bildirilir ki, Sprinq Velli-Roud ərazisi hələ 2016-cı ildə polis tərəfindən axtarılsa da, həmin vaxt hər hansı sübut aşkarlanmayıb.
Anna Menninq 1992-ci il noyabrın 19-da itkin düşüb. Lakin onun yoxa çıxması ilə bağlı rəsmi müraciət polisə yalnız 1994-cü il fevralın 25-də daxil olub.

Antoni Menninq

Barbara Menninq
Bakı 




