• Bakı 25° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

4 gün əvvəl döyülən 66 yaşlı kişi xəstəxanada öldü

HADİSƏ

01 Iyul 2024 | 16:00

4 gün əvvəl döyülən 66 yaşlı kişi xəstəxanada öldü

Tovuzda 66 yaşlı kişi döyülüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə iyunun 28-də rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib.

 Kənd sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyev heyvanları örüşdən qaytararkən qəbiristanlıq ərazisində kənd sakinlərindən biri ilə aralarında yaranan mübahisə nəticəsində döyülüb.

Müxtəlif bədən xəsarətləri alan Novruz Hacıyev xəstəxanaya yerləşdirilib.

66 yaşlı kişi bu gün xəstəxanda vəfat edib.

Faktla bağlı araşdlrma aparılır.


SON XƏBƏRLƏR

03 Iyul 2024