Bu ilin yanvar-may aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi uyğunluğu qiymətləndirən 78 qurumu akkreditasiya edib.
Bakıvaxtı.az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
"Uyğunluğun qiymətləndirilməsi sahəsində həyata keçirilən akkreditasiya prosesi dəqiq nəticələrə malik sınaqların, inspeksiya, ölçmə və kalibrləmə xidmətlərinin əldə olunmasını təmin etməklə yanaşı, istehlakçıların keyfiyyətli və təhlükəsiz mal və xidmətlərə çıxış imkanlarını artırır", - deyə məlumatdda qeyd olunub.