• Bakı 26° C

    12.96 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

5 milyard dollar lazımdır - Nepala...

DÜNYA

28 Avqust 2026 | 14:49

5 milyard dollar lazımdır - Nepala...

Nepalda daşqınlardan zərər çəkmiş infrastrukturun təmiri və bərpası üçün ən azı 5 milyard ABŞ dolları tələb oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin yeganə milyarderi olan iş adamı Binod Çaudari "Bloomberg TV"nin efirində bildirib.

"Forbes" jurnalı onun sərvətini 2 milyard ABŞ dolları məbləğində qiymətləndirir. İş adamı qida istehsalı, telekommunikasiya, bank əməliyyatları, tikinti, infrastrukturun inkişafı və s. ilə məşğul olan çoxşaxəli "Chaudhary Group" konqlomeratının sahibidir.

Qeyd edək ki, Nepalın şimal rayonlarında baş vermiş daşqın 469 nəfərin həyatına son qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026