Daşkəsən rayonunda döyülmə faktı qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Zivlən kəndində baş verib.
Kənd sakini, 14 yaşlı yeniyetmə Ö.İ. (ad şərtidir) baş nahiyəsindən ağır kəllə-beyin travması ilə Gəncə şəhər 3 nömrəli xəstəxanasına gətirilib. Müayinə zamanı onun baş nahiyəsində iki ağır zərbənin izi və sol qulağında açıq yara aşkar edilib. Yaralıya zəruri tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, yeniyetməni qonşusu, 50 yaşlı Zöhrab İmanov döyüb. Onların arasında yaranan mübahisə zamanı Z.İmanov armaturla yeniyetmənin başına iki, sol qulağına isə bir zərbə vurub./Qafqazinfo
Bakı 



