• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

52 min ukraynalı hərbçiyə təlim keçirildi - Müdafiə Nazirliyi

DÜNYA

21 Iyun 2024 | 00:44 | Müəllif: Subhan Mahmudov

52 min ukraynalı hərbçiyə təlim keçirildi - Müdafiə Nazirliyi

2022-ci ildən bəri tərəfdaşların təşəbbüsü sayəsində EUMAM missiyası çərçivəsində 52 mindən çox ukraynalı əsgər, çavuş və zabit təlim keçib ki, bu da elan edilmiş gözləntilərdən üç dəfə çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, missiyanın davam etdirilməsi məsələsi bu gün Ukrayna müdafiə nazirinin Avropaya inteqrasiya üzrə müavini Aleksandr Balanutsa və AB-nin hərbi qərargahının rəhbəri general-leytenant Maykl van der Laan arasında keçirilən görüşdə müzakirə olunub.

"Ukrayna Silahlı Qüvvələri indi yeni briqadalar formalaşdırır və bizim hərbçilərimiz üçün keyfiyyətli təlim lazımdır. Ona görə də AB-nin Ukraynaya Hərbi Yardım Missiyasının davam etdirilməsi kritikdir. Artıq təqdim etdiyiniz hazırlıq üçün təşəkkür edirik", - Balanutsa görüşdə deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026