• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

6 il sonra ölkəsinə gedən məşhur fenomen atası tərəfindən ÖLDÜRÜLDÜ

DÜNYA

05 Fevral 2023 | 10:29

6 il sonra ölkəsinə gedən məşhur fenomen atası tərəfindən ÖLDÜRÜLDÜ

Bir müddətdir Türkiyədə yaşayan yutuber Tiba al-Ali ölkəsinin futbol komandasına dəstək olmaq üçün İraqa gedib.

Bakıvaxtı.az bildirir ki, uzun müddətdir görmədiyi ailəsi ilə bir araya gələn gənc qız atası tərəfindən öldürülüb.

Ata qətli etiraf edərkən bölgədə etirazlar başlayıb.

2017-ci ildən Türkiyədə yaşayan Youtuber Tiba al-Ali yanvar ayında keçirilən Körfəz Millətləri Kubokunda ölkəsinin komandasına dəstək olmaq üçün İraqa getməyə qərar verib. Araları yaxşı olmadığı ailə üzvləri ilə görüşən gənc qız yanvarın 31-də atası tərəfindən öldürülüb.

Bu hadisədən sonra bölgədə etiraz aksiyaları başlayıb və qeyri-hökumət təşkilatları qadın qətllərinin qarşısını almaq üçün cinayətkarın cəzalandırılmasını istəyib. Yerli media Tibanın ailəsi ilə fikir ayrılığı səbəbindən bunun "məişət qətli" olduğunu iddia edib./musavat


SON XƏBƏRLƏR

28 Mart 2024