• Bakı 23° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Bakıda çəkisi 6 kq olan körpə doğuldu - YENİLƏNİB

CƏMİYYƏT

17 Yanvar 2025 | 11:20

Bakıda çəkisi 6 kq olan körpə doğuldu - YENİLƏNİB

Bakıda 6 kiloqram çəkidə doğulan körpə sabah evə buraxılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, körpənin vəziyyəti hazırda normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:

"Bu ananın artıq 3-cü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi körpəsi də 4 kq 600 qramla təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən qadın 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib".

Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib:

"Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur".

***

08:58

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.

Bu barədə Bakıvaxtı.az-a KTM-dən bildirilib.

10.01.2025-ci il saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib. Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iri çəkili uşaq hesab olunur.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub.

Hazırda körpənin və ananın vəziyyəti stabil qiymətləndirilir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026