• Bakı 16° C

    2.61 m/s

6 manatlıq anlaşılmazlıq böyüdü: Taksi sürücüsü müştərini blokladı

CƏMİYYƏT

14 Avqust 2026 | 16:33 | Müəllif: Əli Hüseynov

6 manatlıq anlaşılmazlıq böyüdü: Taksi sürücüsü müştərini blokladı

Bakıda taksi sürücüsünün hərəkəti narazılıq yaradıb.

Bakıvaxtı.az-a müraciət edən vətəndaş taksi sifarişi zamanı sürücü ilə ödənişlə bağlı anlaşılmazlıq yaşadığını bildirib.

Onun sözlərinə görə, bağlamanı təhvil alarkən sürücüdən ödəniş məbləğini soruşub və 6 manat olduğu deyildikdən sonra həmin məbləği ödəyib. Daha sonra bağlamanı göndərən şəxsə ödənişi etdiyini bildirdikdə isə qarşı tərəf ödənişi əvvəlcədən etdiyini deyib.

Vətəndaşın iddiasına görə, sürücü daha sonra “mən elə bildim çayavoy vermisiniz” deyərək vəziyyəti izah edib və WhatsApp-da onu bloklayıb.

Vətəndaş qeyd edib ki, məsələ 6 manatla bağlı deyil. O, sürücünü tanıyan şəxslərdən onunla əlaqə saxlamağı xahiş edib.

Bakıvaxtı.az məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Murad Ismayıl


6 manatlıq anlaşılmazlıq böyüdü: Taksi sürücüsü müştərini blokladı6 manatlıq anlaşılmazlıq böyüdü: Taksi sürücüsü müştərini blokladı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR