• Bakı 24° C

    14.67 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

CƏMİYYƏT

28 Avqust 2026 | 01:00

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

500-600 arası bal topladılar, ancaq universitetə qəbul ola bilmədilər...

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, bu il keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul ola bilməyib. Onların hamısı IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edib.

Eyni hal 500-dən çox bal toplayan 106 abituriyentlə bağlı da qeydə alınıb. Bu abituriyentlərin 97-si 4-cü, 9-u isə III ixtisas qrupu üzrə imtahanlarda iştirak edib.

Bəs yüksək bal toplasalar da, onların tələbə ola bilməmələrinin səbəbi nədir? Təhsil ekspertlərinin sözlərinə görə, bu, əsasən abituriyentlərin öz seçimləri ilə bağlı olur.

Afərim Seyidova bildirir ki, bəzi abituriyentlər topladıqları bala uyğun olmayan, daha yüksək keçid balı tələb edən ixtisasları seçirlər. Bu isə sonda onların ali məktəbə qəbul ola bilməməsinə səbəb olur.

Ekspertlər hesab edirlər ki, abituriyentlər ixtisas seçimi zamanı yalnız topladıqları bala deyil, ixtisasların ötənilki keçid ballarına və qəbul şanslarına da diqqət yetirməlidirlər.

Daha ətraflı videomaterialı təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026