• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

"7 milyardlıq layihədə Azərbaycanın iştirakı nəzərdə tutulmur" - Hikmət Hacıyev

SİYASƏT

19 Fevral 2026 | 22:34

7 milyardlıq layihədə Azərbaycanın iştirakı nəzərdə tutulmur - Hikmət Hacıyev

Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial media hesabında yazıb.

Prezidentin köməkçisi, həmçinin qeyd edib: “Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”.


SON XƏBƏRLƏR

19 Fevral 2026