• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

7 yaşlı məktəblini avtomobil vurdu

HADİSƏ

26 Sentyabr 2023 | 15:27

7 yaşlı məktəblini avtomobil vurdu

Sədərək rayonunda məktəblini avtomobil vurub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Avtomobil məktəbin qarşısından yolu keçən 2016-cı il təvəllüdlü Əliyeva Sevgi Həsən qızını vurub.

Xəsarət alan azyaşlı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması alan S.Əliyevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024