• Bakı C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub

CƏMİYYƏT

03 Mart 2026 | 11:37

700-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub

Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası 2026-cı ildə də uğurla davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il artıq 700-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, mal və materiallar formasında verilmiş aktivlər hesabına onlardan 545 şəxs kənd təsərrüfatı, digər şəxslər isə istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.


SON XƏBƏRLƏR

02 Mart 2026