• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

79 yaşlı kişi 3 ildir gözü açıq yatır - Qəribə olay

DÜNYA

25 Yanvar 2022 | 19:50 | Müəllif: Subhan Mahmudov

79 yaşlı kişi 3 ildir gözü açıq yatır - Qəribə olay

Uğursuz plastik əməliyyatdan sonra kişi 3 ildir ki, gözü açıq yatmağa məcburdur.

Bakıvaxtı.az xəbər verir ki, britaniyalı Piter Brodhers 2019-cu ildə üzündə plastik əməliyyat keçirib. Lakin əməliyyatdan sonra kişinin göz qapaqları bağlanmır.

Kişi bildirib ki, 17 yaşında o, stomatoloji əməliyyat sonrakı yanaqlarının şiş qalmasından sonra çox narahat idi. Ona görə plastik əməliyyatla bu qüsuru düzəltmək qərarına gəlir.

Əməliyyat zamanı kişinin yanaq, burun, göz üstü forması dəyişdirilir. Lakin bundan sonra onun gözündə göz qapağının ektropionu yaranıb, göz qapağının aşağı kənarı göz almasından kənara çıxıb.

Buna görə o gözünü tam qırpa və yuma bilmir.

Əlavə əməliyyatlar edilsə də, problem düzəlməyib.

Gözlərini qurumaqdan qorumaq üçün Brodherst göz damlaları tökür, gecələr isə üzünə isti dəsmal qoyub yatır.

Bu problemə görə onun görməsi də zəifləyib.

Kişini bu hala salan estetik cərrah qovulub.(medicina.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026