Aparıcı-model Demet Şener keçmiş həyat yoldaşı, basketbolçu İbrahim Kutluayla yenidən bir araya gəlməsi ilə bağlı açıqlama verib.
Bakıvactı.a xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Demet sadəcə uşaqları üçün bir araya gəldiklərini deyib.
8 il əvvəl boşanan Demet Şener və İbrahim Kutluayın FIBA U17 Dünya Kubokunda oğulları Ömər Kutluaya dəstək olduqları zaman birlikdə görünmələri, onların barışdıqlarına dair şayiələrə səbəb olmuşdu. Demet Şener, İbrahim Kutluayın ilk addımı atdığını bildirib və "İncikliyi unutdum. Uşaqlarımız üçün birlikdə olmağa qərar verdik" deyib. O, münasibətlərinin yalnız uşaqları üçün olduğunu və şəxsi həyatlarında heç bir barışıq olmadığını vurğulayıb.
Xatırladaq ki, Kutluay həyat yoldaşına Edvina Spinoza ilə xəyanət etmişdi.
Bakı 



