• Bakı C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

80-dən çox ölkəyə sərbəst gedib-gələ bilərik - Deputat

SİYASƏT

13 Dekabr 2024 | 11:47

80-dən çox ölkəyə sərbəst gedib-gələ bilərik - Deputat

“Azərbaycan 80-dən çox ölkəyə sərbəst gediş-gəlişi təşkil edə bilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“COP29 konfransında 196 dövlətin 80 min iştirakçısı və dünyanın 80 dövlət başçısının Bakıya gəlməsi, bizə qarşı çıxan qüvvələrin üzərində diplomatik zirvənin parlaq nümunəsidir".

Qeyd edib ki, Qərbi Azərbaycandan 400 min azərbaycanlının qovulması ilə tarixi ədalətsizlik sübut olunub və gizlədilmiş bu faciə BMT-də, müxtəlif dövlətlərdə, beynəlxalq təşkilatlarda geniş müzakirə olunur və bu Azərbaycanın xarici siyasətinin gücünü, təsirini birbaşa sübut edir. 

"“Diplomatik xidmət haqqında” Qanun 2001-ci ildə qəbul olunanda Azərbaycanın 40-adək xarici nümayəndəlikləri fəaliyyət göstərirdi. Bu gün isə onların sayı 88-dir”, - deyə S.Seyidov bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR