• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

802 min manatılıq mənimsəmə - sabiq baş mühasibə cəza istənildi

HADİSƏ

21 Oktyabr 2025 | 13:30

802 min manatılıq mənimsəmə - sabiq baş mühasibə cəza istənildi

“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    O, ittihamda göstərilən 308.2-ci maddəyə təsdiqini tapmadığı üçün, 313-cü maddəyə isə müddəti keçdiyi üçün xitam verilməsini xahiş edib.

    Prokuror Samirə Zeynalovanın ittiham olunduğu 179.4-cü maddə üzrə təqsirli bilinməsini və ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.

    Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

    Növbəti proses oktyabrın 22-nə təyin edilib.

    Qeyd edək ki, ittihama görə, Samirə Zeynaova “Rifah Group” MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

    Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir.


    SON XƏBƏRLƏR

    20 Oktyabr 2025