• Bakı 33° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

85 min nəfərlə bağlı VACİB XƏBƏR: Bu xidmətlər...

CƏMİYYƏT

24 Avqust 2026 | 11:59

85 min nəfərlə bağlı VACİB XƏBƏR: Bu xidmətlər...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

ƏƏSMN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan 45,2 min şəxsə ambulator, 20,9 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

    Bildirilib ki, reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir. Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Avqust 2026