Goranboyda qaçırılan 9-cu sinif şagirdi tapılaraq ailəsinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.