Kaliforniyada yerləşən Kino Sənəti və Elmləri Akademiyası tərəfindən hər il verilən "Oskar" Mükafatlarına namizədlər açıqlanıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, bu il 97-ci dəfə sahiblərini tapacaq mükafatların təqdimat mərasimi Los-Ancelesdə baş verən və böyük dağıntılara səbəb olan yanğınlar səbəbindən təxirə salındı.
Belə ki, mükafat komissiyasının yeni qərarına görə, "Oskar"lar sahiblərinə martın 2-də amerikalı komediya ustası Konan O'Brayenin aparıcılığı ilə keçiriləcək mərasimdə təqdim olunacaq.
Əli Hüseynov
















