q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı

CƏMİYYƏT

28 Aprel 2026 | 11:57

AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) islahatlar davam edir. 

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadən xəbər verir ko, qurumun Avtomobil Yollarının Mühafizəsi Xidmətində bir sıra yüksək vəzifəli şəxslər tutduqları vəzifələrdən azad edilib.

Belə ki, Xidmətin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov, Bakı və Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi Coşqun Qarayev, həmin strukturun bölmə rəisi Əziz Ağayev, Nəqliyyat şöbəsinin rəisi Ramiz Nəcəfov, Əməyin mühafizəsi şöbəsinin rəisi Rauf Əliyev, 5 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Qafur Quliyev, 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov və Səyyar tərəzi nəzarət məntəqəsinin rəisi Mehman Həmzəyev işdən çıxarılıblar.


SON XƏBƏRLƏR