• Bakı 27° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

AAYDA-dan CİDDİ TƏHLÜKƏ ilə bağlı vətəndaşlara çağırış

CƏMİYYƏT

29 Avqust 2026 | 10:42

AAYDA-dan CİDDİ TƏHLÜKƏ ilə bağlı vətəndaşlara çağırış

Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində bildirilir.

"Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır", - deyə müraciətdə qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026