• Bakı 20° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

ABŞ tarixinin ən böyük viza ləğvinə hazırlaşır

DÜNYA

25 Avqust 2026 | 11:32 | Müəllif: Gülşən Şərif

ABŞ tarixinin ən böyük viza ləğvinə hazırlaşır

 ABŞ prezident administrasiyası ölkədə sığınacaq üçün müraciət etmiş və ya almaq prosesində olan əcnəbilər üçün 200 000-ə qədər turist və iş vizasını ləğv etməyi planlaşdırır.

Bakıvaxtı.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, qısamüddətli ziyarətçi adı altında ABŞ-yə gələn, lakin sonra burada daimi qalmaq istəyən və sığınacaq üçün müraciət edən əcnəbilərlə bağlı qeyri-immiqrasiya vizalarını ləğv etmək üçün Daxili Təhlükəsizlik Departamenti ilə əlaqələndirmə işləri aparılır.

Məlumata görə, Dövlət Departamenti tərəfindən  turist və iş vizasının ləğvi son 10 ildə ABŞ-də alınan B1/B2 turist vizalarına təsir edəcək.

Vizaların ləğv olunan əcnəbilər ölkəyə turist və ya işgüzar niyyətlə gələ bilməyəcəklər. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026