• Bakı 26° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

ABŞ Avstraliyada hərbi kontingentini artırır

DÜNYA

17 Sentyabr 2021 | 23:38 | Müəllif: Subhan Mahmudov

ABŞ Avstraliyada hərbi kontingentini artırır

ABŞ Avstraliyada hərbi iştirakını genişləndirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Piter Datton açıqlama verib.

P.Datton bildirib ki, yeni hərbi bazaların inşası yerli sənayenin imkanlarını xeyli genişləndirəcək və avstraliyalılar üçün yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Avstraliyalı nazir həmçinin ölkənin şərq sahillərində yerləşən Avstraliya hərbi hava qüvvələrinin iki bazasının imkanlarının gücləndiriləcəyini qeyd edib.

“ABŞ hərbi hava qüvvələrinin və dəniz donanmasının şəxsi heyətinin sayı artırılacaq”, - Piter Datton vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026