ABŞ Dövlət Departamenti Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşlərə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ned Prays özünün “Twitter” hesabında paylaşım edib.
“Biz regiona sülh gətirmək üçün birbaşa əlaqələri güclü şəkildə dəstəkləyirik” deyən N.Prays ölkəsinin Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən son görüşlərini alqışladığını bildirib.
















