"Birləşmiş Ştatlar öz vətəndaşlarına respublikanı tərk etmək tövsiyələri ilə əlaqədar olaraq, Minskdəki səfirliyinin əməkdaşlarını genişləndirməyi xahiş edir".
Bakıvaxtı.az "TASS"a istiandən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko "Telegram" kaanlında paylaşıb.
O, paylaşımında "ABŞ bir ildir ki, bizdən səfirlikdə işçilərin sayını artırmağı xahiş edirlər. Bizdə heç bir amerikalı yoxdur" deyə bildirib.
Öz vətəndaşlarını Belarusa səfərdən çəkinməyə və dərhal ölkəni tərk etməyə çağıran Amerika hakimiyyətinin yenilənmiş tövsiyələrini şərh edən Lukaşenko bundan narahat olmadığını vurğulayıb.
Gülşən Şərif