• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

ABŞ Çinin elektrik avtomobil sənayesinə qarşı planlar hazırlayır

DÜNYA

02 Iyul 2024 | 10:10

ABŞ Çinin elektrik avtomobil sənayesinə qarşı planlar hazırlayır

Birləşmiş Ştatlar Çindən gələn elektrik avtomobillərinə qarşı “proteksionist planlar” hazırlayır, milli təhlükəsizliyin qorunması adı altında ticarət-iqtisadi sahədə problemləri həll etməyə çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Zanq Hanhui TASS-a müsahibəsində bildirib.

O qeyd edib ki, alternativ enerji mənbələrindən istifadə etməklə elektromobillərin və digər məhsulların istehsalının inkişafı və yaşıl iqtisadi transformasiya beynəlxalq ictimaiyyət tərəfindən yekdilliklə təklif olunan təşəbbüsdür:

"Son illərdə ABŞ təkcə Çindən gələn mallara deyil, həm də Asiya, Cənubi Amerika və Avropanın bir çox ölkələrinin mallarına tarifləri əhəmiyyətli dərəcədə artırıb", - diplomat idxal olunan elektrik avtomobillərinə artan tariflərin tətbiqini müzakirə edərkən qeyd edib.

Onun fikrincə, bu cür hərəkətlər qlobal “yaşıl transformasiya”nın ləngiməsi və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa inamın sarsılması ilə nəticələnəcək.

Günel Abbas


SON XƏBƏRLƏR

03 Iyul 2024