• Bakı 18° C

    7.15 m/s

ABŞ-dan Türkiyə ilə bağlı F-16 QƏRARI

DÜNYA

17 Aprel 2023 | 21:23 | Müəllif: Subhan Mahmudov

ABŞ-dan Türkiyə ilə bağlı F-16 QƏRARI

ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələrinin rabitə sistemi olan "Link-16" taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Konqres məlumatlandırılıb.

Satış paketinə Avtomatik Qəzadan Qaçma Sistemləri, həmçinin mövcud F-16-ların Link-16 taktiki məlumat bağlantısı sistemini "Blok Təkmilləşdirmə-2" səviyyəsinə yüksəltmək üçün müvafiq avadanlıq və mühəndislik dəstəyi daxildir.

ABŞ Konqresinin NATO üzvlərinə verilən satış icazələri üçün 15 iş günü, NATO üzvü olmayan ölkələr üçün isə 30 iş günü ərzində Departamentin qərarından şikayət etmək hüququ var./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR