• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ-dan yeni Türkiyə açıqlaması: Böyük risklər istəmirik...

DÜNYA

08 Dekabr 2022 | 09:13 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ-dan yeni Türkiyə açıqlaması: Böyük risklər istəmirik...

Dekabrda Türkiyənin Suriyanın şimalında quru əməliyyatına başlayacağına dair gözləntilər güclənərkən, ABŞ-dan əməliyyata qarşı açıq bir mesaj gəlib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla xəbərinə görə, bu barədə ABŞ Milli Təhlükəsizlik sözçüsü Con Kirbi bildirib.

Ağ Evdə jurnalistlərə açıqlama verən Kirbi deyib: “Biz Suriyanın şimalında dinc əhalini indikindən daha böyük riskə atacaq, Suriyadakı əsgərlərimizi və şəxsi heyətimizi və ya İŞİD-ə qarşı missiyamızı təhlükəyə atacaq hər hansı hərbi əməliyyat istəmirik”.

Onun sözlərinə görə, ABŞ Türkiyənin özünümüdafiə hüququnu, xüsusən də terrora qarşı özünümüdafiə hüququnu tanıyır.

"Türk xalqının üzləşdiyi təhlükəni anlayırıq. Bununla belə, biz bu fikrə qoşulmaq fikrinə inanmırıq. Suriyanın şimalındakı hərbi əməliyyatlar bu təhlükəni aradan qaldırmağın ən yaxşı yoludur", - deyə Con Kirbi bəyan edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026