• Bakı 10° C

    12.58 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

"ABŞ danışıqlarda İranın etimadını qazana bilmədi"

DÜNYA

12 Aprel 2026 | 14:09

ABŞ danışıqlarda İranın etimadını qazana bilmədi

İran münaqişənin dinc yolla tənzimlənməsi məqsədilə danışıqlar zamanı bir sıra təşəbbüslər irəli sürsə də, Amerika tərəfi Tehranın etimadını qazana bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ran nümayəndə heyətinin rəhbəri, parlamentin (İslami Şura Məclisi) spikeri Məhəmməd Baqer Qalibaf "X" hesabında bildirib.

Spiker qeyd edib ki, İslamabadda keçirilən müzakirələr zamanı İran tərəfi sülh prosesinə töhfə verə biləcək konkret və perspektivli təkliflərlə çıxış edib.

"İran nümayəndə heyətindəki həmkarlarım görüşdə perspektivli təşəbbüslər irəli sürdülər, lakin nəticə etibarilə, danışıqların bu raundunda digər tərəf nümayəndə heyətimizin etimadını qazanmağa nail ola bilmədi", - deyə M.B.Qalibaf bildirib.

Xatırladaq ki, İslamabadda keçirilən və 20 saatdan çox davam edən İran-ABŞ dolayı danışıqları tərəflər arasında bir sıra prinsipial məsələlərdə, o cümlədən nüvə proqramı və Hürmüz boğazı ilə bağlı fikir ayrılıqları səbəbindən tam razılıq əldə olunmadan başa çatıb.


SON XƏBƏRLƏR

11 Aprel 2026