Xəbər verdiyimiz kimi, 2 gün öncə Vaşinqtonda Milli Qvardiyanın əsgərlərinə atəş açılıb, iki əsgər ağır yaralıb. Hərbçilərə atəş açan həmin şəxsin kimliyi açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, o, 29 yaşlı əfqan miqrant Rəhmanullah Laqanvaldır.
Laqanvalın ABŞ-yə köçməzdən əvvəl Əfqanıstandakı tərəfdaş qüvvələrlə əlaqələri olub. Hadisədə şübhəli bilinən şəxs Əfqanıstanda Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edib.
CIA direktoru Con Ratcliffe bildirib ki, sözügedən şəxs Bayden administrasiyası dövründə ABŞ-yə gəlib.
Bakı 



