ABŞ Maliyyə Nazirliyi İran və Rusiyadan neft və neft məhsullarının daşınması ilə əlaqəli 115-dən çox şəxs və quruma qarşı sanksiya tətbiq edib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Nazirlik bu tədbirin İranla əlaqəli gəmiçilik şəbəkəsini hədəf aldığını bildirib. Bu, 2018-ci ildən bəri İrana qarşı elan edilən ən genişmiqyaslı sanksiya paketidir.
ABŞ Maliyyə Naziri Skott Bessent sanksiyaların ölkənin milli təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb. Sanksiyalar həmçinin İranın neft gəlirlərinin qarşısını almağa yönəlib.
Əli Hüseynov