• Bakı C

    15.7 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

ABŞ ən böyük media orqanlarına ödənişləri dayandırır

DÜNYA

06 Fevral 2025 | 14:55

ABŞ ən böyük media orqanlarına ödənişləri dayandırır

ABŞ-nin icra hakimiyyəti Amerikanın "Politico", "The New York Times" və "Associated Press" qəzetlərinin maliyyəsini kəsir. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask "X" hesabında paylaşım edib.

Maskın sözlərinə görə, söhbət bütün hallarda ABŞ hökumətinin müxtəlif departamentlərinin bu KİV-lərin xidmətlərinə bahalı abunə haqqı ödəməsindən gedir:

"Dövlət Departamenti "Associated Press" agentliyinə ödəniş etməyi dayandırıb, Xəzinədarlıq "The New York Times" qəzetinə abunə ödənişlərini dayandırıb, Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Politico"nun xidmətlərindən imtina edib".

Gülşən Şərif


SON XƏBƏRLƏR