• Bakı 30° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

ABŞ Koreya ilə birgə keçirəcəyi təlimləri ləğv edib

DÜNYA

24 Avqust 2026 | 14:50

ABŞ Koreya ilə birgə keçirəcəyi təlimləri ləğv edib

ABŞ Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq Koreya  ilə birgə keçirilməsi planlaşdırılan "Ssangyong" (Əkiz Əjdahalar) amfibiya desant təlimlərini ləğv edib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə Koreya Dəniz Piyadaları Korpusunun nümayəndəsi Han Sonq-ceonq açıqlama verib.

O, bildirib ki, təlimlərin gələcəkdə bərpası məsələsi ilə bağlı məsləhətləşmələr aparılır.

""Ssangyong" təlimi ilə bağlı ABŞ Dəniz Piyadaları Korpusu bizə rəsmi olaraq məlumat verdi ki, Yaxın Şərqdəki vəziyyət nəzərə alınmaqla, hərbi qüvvələrin istifadəsinə məhdudiyyətlər qoyulub. Təlimlərin gələcəkdə bərpası məsələsi ilə bağlı ABŞ Dəniz Piyadaları Korpusu ilə məsləhətləşmələri davam etdiririk", - deyə Han Sonq-ceanq qeyd edib.

Xatırladaq ki, Dəniz Piyadaları Korpusunun bu diviziya səviyyəli manevrləri iki ildən bir keçirilir və sentyabr ayına planlaşdırılırdı. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026